Ucnoqta.az
www.ucnoqta.az

Asim Mollazadə XXVI İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedib

16:42 - 5 Sentyabr 2016 tarixində dərc olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə XXVI İqtisadiForumda iştirak etmək üçün Polşaya gedib.  6-8 sentyabr 2016-cı ildə Krınitsa-Zdruyda keçiriləcək Forumda Avropanın mövcud aktual, ən vacib iqtisadi, sosial və siyasi problemləri müzakirə ediləcək. Asim Mollazadə Forum çərçivəsindəki tədbirlərdə iştirak edəcək, panellərdəki müzakirələrə qatılacaq, müxtəlif səviyyəli görüşlər keçirəcək.

Müəllif: Ucnoqta.az