Ucnoqta.az
www.ucnoqta.az

<b>Mağazadan 629 manat oğurlayan tutuldu</b>

15:03 - 5 Sentyabr 2016 tarixində dərc olunub.

Bakıda mağazadan 629 manat pul oğurlamaqda şübhəli bilinən Bilal Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Bakı şəhər sakini İlham Papaxova məxsus mağazadan 629 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Bilal Səfərov tutulub.

Müəllif: Ucnoqta.az