Ucnoqta.az
www.ucnoqta.az

<b>Sumqayıtda kafe yanıb</b>

14:33 - 5 Sentyabr 2016 tarixində dərc olunub.

Gündüz saatlarında Sumqayıt şəhərində yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıtda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan kafenin taxtadan ibarət tavanı 9 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az