Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Şimon Peres xəstəxanaya yerləşdiriləcək</b></font>

13:42 - 5 Sentyabr 2016 tarixində dərc olunub.

Bu gün İsrailin keçmiş prezidenti Şimon Peresin ürəyində cərrahiyyə əməliyyatı ediləcək.

İsraelonline saytı xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının ofisindən bildirilib.
Məlumata əsasən, onun ürəyinə kardio-stimmulyator (ürəyin fəaliyyətini tənzimləyən kiçik qurğu) quraşdırılcaq.
Şimon Peresin sentyabrın 6-da xəstəxanadan çıxacağı gözlənilir.
Xatırladaq ki, bu il iyulun 29-da keçmiş dövlət başçısı özünü pis hiss edib. Həkim Şimon Peresə ürək ritminin pozulması diaqnozunu qoyub. 
Avqustun 2-də onun 93 yaşı tamam olub. 

Müəllif: Ucnoqta.az