Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Gürcüstanın baş naziri Yerevana səfərə gedib</b></font>

13:33 - 5 Sentyabr 2016 tarixində dərc olunub.

Gürcüstanın baş naziri Gerogi Kvirikaşvili sentyabrın 5-də Ermənistana rəsmi səfərə gedib.

"Report" Erməmistan KİV-inə istinadən xəbər verir ki, onu Yerevanın "Zvartnots" hava limanında ölkənin baş naziri Ovik Abramyan qarşılayıb.

Onun Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcəyi də gözlənilir.  

Müəllif: Ucnoqta.az