Ucnoqta.az
www.ucnoqta.az

Hava xəbərdarlığı: <font color=red><b> Dolu düşəcək, sulu qar yağacaq</b></font>

13:17 - 5 Sentyabr 2016 tarixində dərc olunub.

Sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi ayr-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Müəllif: Ucnoqta.az