Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 19 yaşlı gənci tok vurub

11:14 - 5 Sentyabr 2016 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, İçərişəhər, Kiçik Qala küçəsi 10 ünvanında yaşаyan 1998-ci ildə anadan olmuş Vəliyev Vasif  Nəsib oğlu yaşadığı mənzildə hamamda çimərkən elektrik vurmasından ölüb.
 Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az