Ucnoqta.az
www.ucnoqta.az

<b>Yeni Zelandiya sahillərində güclü zəlzələ</b>

11:23 - 2 Sentyabr 2016 tarixində dərc olunub.

Sakit okeanın Yeni Zelandiya sahilləri yaxınlığında 7,2 maqnitudalı zəlzələ baş verib.

“RİA Novosti” yaydığı xəbərə görə, təkanlar 30,7 km dərinlikdə qeydə alınıb.
Zəlzələ yerli vaxtla 04.37-də (Bakı vaxtı ilə 20.37-də) Qisborn şəhərindən 167 km şimal-qərbdə qeydə alınıb.
Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı elan edilib.

Müəllif: Ucnoqta.az