Ucnoqta.az
www.ucnoqta.az

<font color=blue><b>Şahmatçılarımızın ilk rəqibləri müəyyənləşib</b></font>

11:16 - 2 Sentyabr 2016 tarixində dərc olunub.

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. Yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.

Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi ağ fiqurlarla Zimbabve və Mozambiklə, üçüncüsü isə qara fiqurlarla Papua Yeni Qvineya ilə üz-üzə gələcək. Qara fiqurlarla oynayacaq qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar.
Bakı Kristal Zalında keçiriləcək görüşlərə saat 15:00-da start veriləcək.

Müəllif: Ucnoqta.az