Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Pakistanda partlayış:</font> 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb</b>

11:15 - 2 Sentyabr 2016 tarixində dərc olunub.

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Mərdan şəhərində iki partlayış olub. "Daily Pakistan" xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən dörd yaraqlının hücumu nəticəsində baş verib.
Hazırda partlayış sahəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, istintaq-araşdırma tədbirləri həyata keçirilir.

Müəllif: Ucnoqta.az