Ucnoqta.az
www.ucnoqta.az

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

15:39 - 1 Sentyabr 2016 tarixində dərc olunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Qüdrət oğlu Ağayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Ağayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Ağayev bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Müəllif: Ucnoqta.az