Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə ağır qəza: <font color=red><b>1 ailənin 6 üzvü yaralanıb</b></font>

14:32 - 30 Avqust 2016 tarixində dərc olunub.

 Tərtər rayonunda 6 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Seyidimli kəndi ərazisində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, “VAZ-21011” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb. 
Hadisə nəticəsində avtomobildə olan bir ailənin 6 üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ucnoqta.az