Ucnoqta.az
www.ucnoqta.az

Yəməndə hərbi məktəbdə partlayış: <font color=red><b>50 ölü</b></font>

13:06 - 29 Avqust 2016 tarixində dərc olunub.

Yəməndə hərbi məktəbdə partlayış törədilib, çox sayda ölən var. Lent.az-ın “Sözcü”-ə istinadən məlumatına görə, Yəmənin ən böyük ikinci şəhəri Adendə hərbi məktəbin həyətində bomba yüklü avtomobillə partlayış törədilib. Avtomobil əsgərlərin toplaşdığı əraziyə sürülüb.
Hələ ki, 50 nəfərin öldüyü deyilir. Ölənlərin sayının artacağı təxmin edilir.  Yaralanan ən az 60 nəfər isə xəstəxanaya yerləşdirilib.

Müəllif: Ucnoqta.az