Ucnoqta.az
www.ucnoqta.az

<b>"Nissan" aşdı: 29 yaşlı qadın öldü <font color=red>- Bakı-Qazax yolunda</font></b>

11:27 - 29 Avqust 2016 tarixində dərc olunub.

Bakı-Şamaxı magistralının Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, magistralın 54-cü kilometrliyində "Nissan" markalı, 90 VH 774 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 29 yaşlı qadın sərnişin aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az