Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda “Shacman” yandı

12:10 - 28 Avqust 2016 tarixində dərc olunub.

Sumqayıt şəhərində yük avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, vətəndaşa məxsus "SHACMAN" markalı yük avtomobilinin 4 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Müəllif: Ucnoqta.az