Ucnoqta.az
www.ucnoqta.az

“Xəzər”in aparıcısı işdən çıxdı

15:00 - 26 Avqust 2016 tarixində dərc olunub.

Xəzər TV-də yayımlanan “Star life” maqazin verilişinin aparıcısı Sahibə Nəzərova işdən ayrılıb. Sözügedən şou proqramı yayımdan qaldırılıb.“Star life” verilişini isə “Xəzər maqazin” adlı proqram əvəzləyəcək. S. Nəzərova “Qafqazinfo”ya açıqlamasında kanaldan getməsi barədə yayılan xəbərləri təsdiqləyib.
Aparıcı həftə içi hər gün ATV-də yayımlanacaq “Məryəm” adlı serialın baş rollarından birini ifa edəcək.

Müəllif: Ucnoqta.az