Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Türkiyənin Azərbaycandakı səfirinə yüksək vəzifə verildi</b></font>

12:09 - 26 Avqust 2016 tarixində dərc olunub.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunun yeni iş yeri məlum olub. Ucnoqta.az Haberturk-ə istinadən xəbər verir ki, diplomat bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 24-dən Türkiyənin Azərbaycandakı səfiri olan İ.A.Coşqunun səlahiyyət müddəti başa çatıb. Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 

Müəllif: Ucnoqta.az