Ucnoqta.az
www.ucnoqta.az

<b>Daha 6 min 800 polis işdən çıxarılacaq </b><font color=red>- Türkiyədə</font>

12:03 - 26 Avqust 2016 tarixində dərc olunub.

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən daha 6 min 800 polis işdən çıxarılacaq. Ucnoqta.az “Haber7”-yə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi işdən azad olunacaq polislərin siyahısını hazırlayıb.

Onların arasında müxtəlif rütbəli zabitlər də var.
Qeyd edək ki, iyulun 15-də FETÖ-nün dövlət çevirilişinə cəhddən sonra 2 min 360 polis işdən çıxarılmışdı. 

Müəllif: Ucnoqta.az