Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə 2 nəfər boğulub

12:27 - 25 Avqust 2016 tarixində dərc olunub.

Ötən gün Səbail rayonunun Şıx qəsəbəsindəki dəniz çimərliyində 2 nəfər suda boğulub. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Bakı şəhər sakini Məmmədəli Tağızadə və şəxsiyyəti bəlli olmayan 20-25 yaşlarında kişi boğulub.
Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az