Ucnoqta.az
www.ucnoqta.az

Nabran çimərliyində iki dost boğulub

17:22 - 24 Avqust 2016 tarixində dərc olunub.

 Nabran çimərliyində iki dost dənizdə boğulub. "Report"un məlumatına görə, Quba rayon sakinləri dənizdə çimərkən suda batıblar. Onlardan birinin - Quba rayonunun Digahoba kənd sakini 1982-ci il təvəllüdlü Roman Abdul oğlu Nəcəfovun meyiti  Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib.

Hazırda Ömərov Fərrux Elman oğlunun axtarışları davam etdirilir.

Müəllif: Ucnoqta.az