Ucnoqta.az
www.ucnoqta.az

Bill Geytsin sərvəti 90 milyard dollara çatıb

15:22 - 23 Avqust 2016 tarixində dərc olunub.

 "Microsoft"un banisi Bill Geytsin sərvəti 90 milyard dollara çatıb. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu, ABŞ-da Ümumdaxili Məhsulun təxminən 5 faizi deməkdir. 
Məlumata görə, B.Geytsin var-dövləti dünyanın ikinci ən varlı adamı sayılan ispaniyalı milyarder Amansio Orteqinin sərvətindən 13,5 milyard dollar artıqdır. 

Müəllif: Ucnoqta.az