Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda saxlanılmış Tacikistan sakini terrorçu partiyanın üzvüdür

15:21 - 23 Avqust 2016 tarixində dərc olunub.

Azərbaycanda 141 kiloqram heroinlə saxlanılan Tacikistan vətəndaşı ölkədə qadağan edilmiş ekstremist və terrorçu İslam Dirçəlişi Partiyasının üzvüdür.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi deyib. 
Onun sözlərinə görə, saxlanılan Mahmudcan İsmayılov İranda aldığı narkotik vasitələri Azərbaycanda 3 milyon dollara satmaq istəyib. 

Müəllif: Ucnoqta.az