Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə polisə hücum: <font color=red><b>1 şəhid, 3 yaralı</b></font>

10:57 - 22 Avqust 2016 tarixində dərc olunub.

Türkiyənin Tunceli əyalətinin Nazmiye rayonunda PKK terrorçularının polis idarəsinə basqını nəticəsində bir polis şəhid olub, 3-ü yaralanıb."Report" "Haber7"yə istinadən xəbər verir ki, yaralı polislərdən birinin vəziyyəti ağırdır.
Məlumata görə, terrorçular polis idarəsi yaxınlığındakı rayon xəstəxanasına basqın edərək 2 təcili tibbi yardım maşınını yandırıb.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən bir qadın terrorçu zərərsizləşdirilib.

Müəllif: Ucnoqta.az