Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə kişi həyat yoldaşını, qaynatasını və özünü bıçaqladı

12:33 - 16 Avqust 2016 tarixində dərc olunub.

Daşkəsən rayonunda kişi həyat yoldaşını, qaynatasını və özün bıçaqlayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 15-də Daşkəsən rayonunun Bayan kəndində yaşayan Kəlbəcər rayon sakini Mübariz Kərimov evində ailə-məişət münaqişəsi zəminində arvadı Mərizəyə və qaynatası İbrahimə, sonra isə özünə bıçaqla xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdiriliblər.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az