Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub:<font color=red><b>bir ölü</b></font>

12:07 - 16 Avqust 2016 tarixində dərc olunub.

  Goranboyda güclü külək nəticəsində ağac adamın üstünə aşıb. "Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində qeydə alınıb.
Güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az