Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda hərbi maşın aşdı - <font color=red><b>xəsarət alanlar var</b></font>

15:53 - 15 Avqust 2016 tarixində dərc olunub.

Bu gün səhər İrəvan yaxınlığında Ermənistan ordusuna məxsus hərbi maşın aşıb.APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Şimal avtovağzalı yaxınlığında baş verib.Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində 8 əsgər xəsarət alıb. Ümumilikdə yük maşınında 16 əsgər olub. Xəsarət alan əsgərlər hospitala yerləşdirilib.Məlumata əsasən hadisəyə orduya məxsus maşının qarşısına “Niva” markalı avtomobilin çıxması səbə olub.

Müəllif: Ucnoqta.az