Ucnoqta.az
www.ucnoqta.az

Rusiya vətəndaşı Azərbaycanda dənizdə boğulub

15:08 - 15 Avqust 2016 tarixində dərc olunub.

Rusiya vətəndaşı Nabranda dənizdə boğularaq ölüb. DİN-in saytında verilmiş məlumata görə, avqustun 14-də Xaçmaz rayonunun Nabran kəndindəki dəniz çimərliyində Rusiya Federasiyası vətəndaşı Arzu Muradov dənizdə boğulub. Meyit sudan çıxarılıb.
Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az