Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə iki yük maşını toqquşdu: <font color=red><b>ölən var</b></font>

10:53 - 12 Avqust 2016 tarixində dərc olunub.

Kürdəmirdə "Kamaz" və "Maz" markalı yük maşınları toqquşub. FHN-in saytında verilmiş məlumata görə, Qarabucaq kəndində vətəndaşlara məxsus "Kamaz" və "Maz" markalı iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış "Kamaz" markalı avtomobildən 1953-cü il təvəllüdlü Sabir Əsəd oğlu Paşayevin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az