Ucnoqta.az
www.ucnoqta.az

Masallıda qatar motosikleti vurub: <font color=red><b>bir ölü, bir yaralı</b></font>

13:15 - 8 Avqust 2016 tarixində dərc olunub.

 Masallı rayonunda qatar motosikleti vurub. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, avqustun 7-də saat 06 radələrində Masallı rayonunun Astanlı kəndində, qorunmayan keçiddə Bak-Astara sərnişin qatarı rayon sakini Səttar Nəhmətovun idarə etdiyi motosikleti vurub.
Nəticədə S.Nəhmətov hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az