Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yataqxananın tavanı çökdü: <font color=red><b>yaralananlar var</b></font>

11:26 - 8 Avqust 2016 tarixində dərc olunub.

Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.Yataqxana sakinlərinin Trend-ə verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Müəllif: Ucnoqta.az