Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək</b></font>

11:15 - 8 Avqust 2016 tarixində dərc olunub.

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək. Apa-nın məlumatına görə, artıq İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.
Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycan gəlməsi gözlənilir.
Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar. 
Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.

Müəllif: Ucnoqta.az