Ucnoqta.az
www.ucnoqta.az

Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı

15:28 - 4 Avqust 2016 tarixində dərc olunub.

Bakı Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlanılıb.Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.Onun sözlərinə görə, vağzalda aparılan yenidənqurma işləri ilə əlaqədar ərazidəki 30-a yaxın obyekt sökülür.
N.Əzməmmədov bildirib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən qanuni sənədləri olanlara yenidənqurma işləri başa çatandan sonra yeni obyektlər veriləcək: "Bununla bağlı ərazidə obyektləri olan sahibkarlara müraciət etmişik ki, yenidənqurma işləri başa çatana qədər obyektlərin sənədlərini hazırlayıb bizə təqdim etsinlər. Sənədləri təqdim olunan obyektlərin sahiblərinə ərazidə müvafiq yerlər ayrılacaq".

Müəllif: Ucnoqta.az