Ucnoqta.az
www.ucnoqta.az

Avtomobilin salonunda 14 min siqaret tutulub

12:56 - 4 Avqust 2016 tarixində dərc olunub.

  Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin salonunda 14 000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az