Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda 14 yaşlı qız həşərat sancmasından ölüb

11:56 - 3 Avqust 2016 tarixində dərc olunub.

Şamaxı rayonunda həşərat sancan 14 yaşlı qız ölüb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şamaxı rayonunun Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 14 yaşlı Ruqiyyə Adıgözəlovanı evlərində zəhərli həşərat sancıb. Xəstəxanaya yerləşdirilən R.Adıgözəlova orada ölüb.
 Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az