Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Əliyev Ramazan Abdulatipovu "Dostluq" ordeni ilə təltif edib

17:44 - 2 Avqust 2016 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilsin".

Müəllif: Ucnoqta.az