Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15%-dən çox artıb

15:53 - 2 Avqust 2016 tarixində dərc olunub.

Gürcüstana gələn turistlərin sayı baxımından birinci yeri Azərbaycan vətəndaşları tutur

 "Gürcüstanda son yeddi ay ərzində 3,4 milyon turist olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 10,6%-lik artım deməkdir"."Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib.
Onun sözlərinə görə, Gürcüstana gələn turistlərin sayı baxımından birinci yeri Azərbaycan vətəndaşları tutur, eyni zamanda, son 7 ayda Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisdə 15,1% artıb.
Administrasiya rəhbərinin verdiyi məlumata görə, turistlərin sayında Azərbaycanın ardınca Türkiyə (+1,6%), Ermənistan (-0,8%), Rusiya (+10,3%) və Ukrayna (+24,3%) qərarlaşıb.

Müəllif: Ucnoqta.az