Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Putin avqustun 8-də Azərbaycana səfər edəcək</b></font>

14:44 - 2 Avqust 2016 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.Kremlin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 8-də prezident İlham Əliyevin dəvəti ilə Vladimir Putin Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Bakıya səfər edəcək.
Ucnoqta.az-ın Ria.novostiyə istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Rusiya və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü də nəzərdə tutulur.

 

Müəllif: Ucnoqta.az