Ucnoqta.az
www.ucnoqta.az

<b>Bərdədə maşın su kanalına düşdü - <font color=red>3 nəfər boğulub öldü</font></b>

23:38 - 30 İyul 2016 tarixində dərc olunub.

Bərdədə 3 nəfərin ölümü və 1 nəfərin yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Bərdə rayon Hızırlı kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb. Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb. Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az