Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzilə basqın olub: <font color=red><b>ev sahibəsini bıçaqlayıb, 110 manat pul aparıblar</b></font>

12:40 - 28 İyul 2016 tarixində dərc olunub.

Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb. Daxili İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb. İ.Hüseynova xəstəxanaya yerləşdirilib.Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsi faktla bağlı əməliyyat-axtarış tədbirləri aparır.

Müəllif: Ucnoqta.az