Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan: <font color=red><b>"Putinlə razılaşdıq ki, ilk addım olaraq qapıları açaq"</b></font>

11:06 - 30 İyun 2016 tarixində dərc olunub.

“Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Rusiya prezidenti ilə razılığa gəldik”.APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.
O bildirib ki, V. Putinlə sentyabr ayında Çində baş tutacaq G20 toplantısında görüş barədə qərara gəliblər: “Razılaşdıq ki, ilk addım olaraq turizm sahəsində dərhal qapıları açaq, bu sahədəki addımlarımızı sürətləndirək. Rusiya prezidenti artıq Nazirlər Kabinetinin toplantısını çağırıb və təlimat verib”.

Müəllif: Ucnoqta.az