Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda naməlum kişi meyiti tapılıb

15:09 - 28 İyun 2016 tarixində dərc olunub.

Qazax rayonunda naməlum kişi meyiti tapılıb. "Report"un məlumatına görə, meyit rayonun Canallı-Kosallar yolunun yaxınlığında aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb, hələlik onun ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Müəllif: Ucnoqta.az