Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda 10 yaşlı oğlan kanalda boğulub

12:12 - 28 İyun 2016 tarixində dərc olunub.

Tovuz rayonunda uşaq su kanalında boğulub. APA-nın veridyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 2006-ci il təvəllüdlü Vahid Vidadi oğlu Quliyev kənd ərazisində olan su kanalına düşüb. Sudan çıxarılan azyaşlı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az