Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda azyaşlı lift şaxtasına yıxıldı

12:05 - 24 İyun 2016 tarixində dərc olunub.

Sumqayıt şəhərində azyaşlı lift şaxtasından yıxılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, iyunun 23-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda azyaşlı Bəhruz Əliyev yaşadıqları binanın 8-ci mərtəbəsindəki lift şaxtasından yıxılıb 4-cü mərtəbədə liftin üstünə düşüb. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az