Ucnoqta.az
www.ucnoqta.az

MN: <font color=red><b> Erməni silahlı bölmələri atəşkəsi 11 dəfə pozub</b></font>

10:28 - 20 İyun 2016 tarixində dərc olunub.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Füzuli rayonunun Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müəllif: Ucnoqta.az