Ucnoqta.az
www.ucnoqta.az

Bakıda oğrular stomatoloqun evini taladılar: <font color=red><b>38 qızıl diş apardılar</b></font>

17:51 - 19 İyun 2016 tarixində dərc olunub.

Bakıda diş həkimi Eyyub Ələsgərovun evi qarət olunub.Anspress-in xəbərinə görə,  naməlum şəxslər həkimin evindən 38 qızıl diş aparıblar.
Oğrular 48 yaşlı həkimin Binəqədi rayonundakı evinə pəncərədən daxil olublar. Hadisənin saat 14:30 - 21:00 arası, evdə heç kim olmadığı zaman törədildiyi ehtimal olunub.

İmplantlardan əlavə oğrular 10 min manat, dəyəri 3,15 min manat olan 7 qızıl sikkə aparıblar.
Hadisəni törədənlər aradan çıxa biliblər, polis araşdırmanı davam etdirir.

Müəllif: Ucnoqta.az