Ucnoqta.az
www.ucnoqta.az

İlin sonunda Bakı-Məşhəd aviareysi açılacaq

16:53 - 16 İyun 2016 tarixində dərc olunub.

 Yaxın vaxtlarda Bakıdan İranın Məşhəd şəhərinə aviareysin açılması planlaşdırılır. Bunu jurnalistlərə açıqlamasında İranın "ATA Airlines" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nader Şayesti bildirib. Onun sözlərinə görə, bu marşrutla uçuşların təşkili məqsədi ilə zəruri lisenziya alınıb.

"Hazırda uçuşların həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Bu ilin sonuna kimi aviareysin yerinə yetirilməsinə başlanılması nəzərdə tutulub", - deyə şirkət rəsmisi vurğulayıb.report

Müəllif: Ucnoqta.az