Ucnoqta.az
www.ucnoqta.az

<b>92 yaşlı qadın özünü binadan atdı - <font color=red>Azərbaycanda</font></b>

14:01 - 16 İyun 2016 tarixində dərc olunub.

Abşeronda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 1924-cü il təvəllüdlü Əminə Mahmud qızı Kərimova özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb. Xəstəxanaya çatdırılan Ə. Kərimova orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif: Ucnoqta.az