Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Əliyev Avropa Xalq Partiyasının baş katibini qəbul edib

13:43 - 16 İyun 2016 tarixində dərc olunub.

 Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizi qəbul edib."Report" xəbər verir ki, görüşdə Azərbaycanın Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ucnoqta.az