Ucnoqta.az
www.ucnoqta.az

Avro-2016:<font color=red><b> Türkiyə-İspaniya oyununun hakimi bilindi</b></font>

16:59 - 14 İyun 2016 tarixində dərc olunub.

“Avro-2016”da növbəti hakim təyinatları açıqlanıb.İyunun 17-də D qrupunun II turunun İspaniya – Türkiyə oyununu serbiyalı Milorad Maziç idarə edəcək. Həmin qrupun digər qarşılaşması Çexiya – Xorvatiya oyunu isə ingiltərəli Mark Klattenburqə həvalə olunub.

İyunun 17-də keçiriləcək başqa bir görüş - E qrupunun İtaliya - İsveç qarşılaşmasına baş hakim qismində macarıstanlı Viktor Kaşşaiyə təyinat alıb.qol.az

Müəllif: Ucnoqta.az