Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Salyanda 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb</b></font>

09:45 - 12 İyun 2016 tarixində dərc olunub.

Gecə saatlarında Salyan rayonunun Kürsəngi kəndində azyaşlı usağı ilan sancıb. “Report” xəbər verir ki, hadisə Elgün Nəzər oğlu Atayev evdə yatdığı zaman baş verib.
Bundan xəbər tutan valideynlər azyaşlını təcili Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada uşağa ilan zəhəri əleyhinə zərdab vurulub və digər lazımi tədbirlər görülüb.

Müəllif: Ucnoqta.az